“Müharibə başlayandan Rusiyaya 35 milyard avro vermişik” –Avropa İttifaqının rəsmisi

Ukraynaya müdaxilə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyaya enerji resurslarına görə 35 milyard avro ödəyib. Ukraynaya isə cəmi bir milyard avroluq yardım edib.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. “Daha az alqışa və daha çox köməyə ehtiyac var. 1 milyard avro bizə verdiyi enerjiyə görə Putinə hər gün ödədiyimiz puldur. Müharibə başlayandan bəri ona 35 milyard avro vermişik. Müqayisə edin. Ukraynaya silah şəklində verdiyimiz yardımın dəyəri təqribən 1 milyard avrodur”, – Borrel bildirib.

Azpost.info

Əvvəlki məqalə

28 Mayda əfv fərmanı olacaq?

Sonrakı məqalə

Paşinyan Brüsseldə Aİ Şurasının rəhbəri ilə görüşüb