Şarl Mişel və Vladimir Putin Belarusdakı vəziyyəti müzakirə edib

18 Avqust 2020 - 16:46

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Şarl Mişel “Twitter”də bildirib.

“Belarusdakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdim. Yalnız dinc və həqiqətən inkluziv dialoq Belarusdakı böhranı həll edə bilər”, – deyə Şarl Mişel qeyd edib. (APA)