SAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

TSAXAL ordusunun İordan çayının Qərb sahilindəki Tulkarm şəhərinə zərbələri zamanı HAMAS-ın komandirlərindən biri və 4 silahlı zərərsizləşdirilib.

APA-nın “Reuters“ə istinadən məlumatına görə, hadisə onların avtomobilinin raketlə vurulması nəticəsində baş verib.

 

İkinci raket zərbəsi zamanı isə daha 4 nəfər öldürülüb.

Qeyd edək ki, iyulun 31-də HAMAS lideri İsmail Haniyə Tehranda iqamətgahının raket zərbəsinə məruz qalması nəticəsində qətlə yetirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.