Saytlara maliyyə dəstəyinin məbləği 5 min manata qaldırılıb

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.

Bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.

Bundan başqa, digər dəyişikliyə əsasən, onlayn media subyektinin bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.

Xatırladaq ki, daha əvvəl üç işçinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.