“Seçicilərin səmimiyyəti məndə ruh yüksəkliyi yaradıb” –

JALƏ ƏLİYEVA (FOTOLAR)
21 Yanvar 2020 - 14:13

92 saylı Zərdab-Ucar Dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki,  J. Əliyeva yanvarın 20 və 21-i tarixlərində Zərdabın Salahlı və Çallı kəndlərində olub, seçicilərlə bir araya gəlib. “Dünən və bu gün Salahlı və Çallı kəndlərində seçicilərimlə görüşlər keçirdim, kənd camaatının, gözəl insanlarımızın evlərində onların qonağı, müsafiri oldum. Həm çay süfrəsi arxasında, həm də ayaqüstü söhbətlərdə bu günə qədər ölkədə və rayonda görülən işlərə nəzər saldıq. Təbliğat-təşviqat kampaniyası başlayandan bəri keçirdiyimiz bütün görüşlərdə, həmçinin, bu iki görüşdə olduğu kimi, seçicilərin səmimiyyəti və mehribanlığı məndə böyük bir ruh yüksəkliyi yaratdı. Bunun üçün onlara sonsuz minnətdaram”-deyə, deputatlığa namizəd bildirib.

Qeyd edək ki, J. Əliyeva 3 dəfə millət vəkili seçilib və 5-ci dəfə seçkilərə qatılıb. O, 3-cü çağırışdan, 2005-ci ildən bu yana Zərdab rayonunu (qismən də Ucarı), 92 saylı dairəni Milli Məclisdə (MM) təmsil edir. MM-in Mədəniyyət komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvüdür. Filologiya elmləri doktoru, professordur. Azərbaycanın tanınmış ziyalılarından olan mərhum Fazil Əliyev və tanınmış söz ustadı Nurəngiz Günün yeganə qız övladıdır. Bir qızı, 3 nəvəsi var. Həm MM-də, həm də mediada fəallığı ilə seçilən millət vəkillərindəndir.