Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Seçki rəqibləri İlham Əliyevə zəng etdilər –

User 08 Fevral 2024 - 17:10 (Last updated: 21 May 2025 - 20:15)
Ilham aliyev
Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Zahid Oruc və Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevə zəng ediblər.
Azpost.info İMZAİNFO-ya istinadən xəbər verir ki, namizədlərin hər biri demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildiriblər.
Namizədlər budəfəki seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin bütün ərazisində keçirilməsinin mühüm tarixi hadisə olduğunu qeyd ediblər. Bunun əyani göstəricisi olaraq Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səs verməsinin böyük siyasi və rəmzi məna daşıdığını vurğulayıblar.
Namizədlər Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayaraq, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyiblər.
Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı prezident seçkilərində iştirak edən namizədlər arasında konstruktiv dialoqa əsaslanan siyasi mədəniyyətin nümayiş etdirilməsini müsbət qiymətləndirərək seçkiqabağı təşviqat prosesi zamanı namizədlər tərəfindən səsləndirilmiş bir sıra təkliflərin nəzərə alınacağını qeyd edib.
Prezident İlham Əliyev seçkilərdə iştirak etmiş namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azpost.info

Post navigation

Previous: “Qarabağ” Universitetində 70 nəfər işləyəcək”
Next: Hindistan Ukraynadakı münaqişənin həlli yolunu açıqlayıb

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.