Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb ləğv olunub

Siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb aradan qaldırılıb.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapmayıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.