“Seçkinin nəticələri barədə Ali Məhkəmə qərar verməlidir” –

Trampdan etiraz
06 Noyabr 2020 - 13:07

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, seçkinin nəticələri barədə Ali Məhkəmə qərar verməlidir.

Azpost.info bildirir ki, bu barədə Tramp Tvitterdə yazıb.

Prezident deyib ki, müşahidəçilərə öz işlərini görməyə imkan verməyiblər. Odur ki, bu zaman qəbul edilmiş səslər qeyri-qanuni sayılmalıdır.

“Mən ABŞ-da qanuni səslərlə seçkini asanlıqla uduram”-deyə qeyd edib.

Bundan əvvəl Tramp səslərin sayılmasının dayandırılmasını tələb etmişdi.