Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarı partlayıb –MÜDAFİƏ NAZİRLİYİ

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Seçkinin nəticələri barədə Ali Məhkəmə qərar verməlidir” –

Sonrakı məqalə

“Xankəndinin guya atəşə tutulması barədə xəbər dezinformasiyadır” –