Səhərlər necə başladığınız günün qalan hissəsinə və ümumi sağlamlığınıza ciddi təsir edir. AzPost.az xəbər verir ki, bir çox insan səhər oyanan kimi bəzi zərərli vərdişləri təkrar edir və bunun fərqində belə olmur. Mütəxəssislər bu vərdişlərin sağlamlıq üçün təhlükəli olduğunu açıqlayıb.
İlk növbədə, oyanan kimi telefona baxmaq beyin və göz sağlamlığı üçün ciddi zərərdir. Parlaq ekran işığı gözləri yorar və beyində stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu da günə narahat və gərgin başlamanıza səbəb olur.
Bəzi insanlar səhər tezdən acqarına soyuq su içməyi doğru hesab edir. Ancaq bu, mədə selikli qişasına zərər verə bilər və həzm sistemini poza bilər. Həmçinin, səhər oyanan kimi çarpayıdan qəfil qalxmaq da ürək və damar sisteminə yük salır, başgicəllənmə və təzyiq dəyişməsinə səbəb ola bilər.
Diyetoloqlar bildirir ki, səhər yeməyini buraxmaq və ya ilk qida olaraq şəkərli, ağır yeməklər yemək mədə-bağırsaq sistemini yükləyir. Ən doğru seçim, ilıq su və yüngül, faydalı qidalarla səhəri başlamaqdır.
Həkimlər tövsiyə edir ki, səhər tezdən otaq havasını dəyişmək, yüngül məşq və bir stəkan ilıq su içmək həm orqanizmi oyadır, həm də qan dövranını aktivləşdirir. Beləliklə, səhər sağlam vərdişlərlə başlamaq gün ərzində həm əhvalınızı, həm də bədən enerjinizi qoruyur.