Şəhid Elfaq Nağıyevin xatirəsi anılıb

Şəhid Elfaq Nağıyevin
Şəhid Elfaq Nağıyevin

Qırx dörd günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn  şəhid Elfaq Nağıyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə AzPost-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndələri, şəhid Elfaq Nağıyevin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın  şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yolundan danışıb. Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhid E.Nağıyevin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.