“Semaşko” “Nar”ı məhkəməyə verib

Azərbaycanın mobil bazarında əsas oyunçulardan olan “Azerfon” şirkəti məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçı Klini Tibbi Mərkəzdir.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

“Azerfon” şirkəti mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziya ilə təmin edilib. 2007-ci ilin mart ayında qeydiyyatdan keçən şirkət “Nar Mobile” brendi ilə kommersiya fəaliyyətinə başlayıb.

Hüseyn

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.