Senat Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəklədi- Alyansın 30 ölkəsindən neçəsi razılıq verib?

ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyib.

Azpost.info xəbər verir ki, Konqresin yuxarı palatası səs çoxluğu ilə Şimali Atlantika Alyansının genişləndirilməsinin lehinə səs verib.

95 senator blokda iştirak edən ölkələrin sayının artırılmasının lehinə, yalnız biri isə əleyhinə olub.

“Bu tarixi səsvermə Birləşmiş Ştatların NATO-ya davamlı, qərəzsiz öhdəliyinə və ittifaqımızın bugünkü və sabahkı çağırışlara hazır olduğuna dair mühüm siqnaldır”, – ABŞ prezidenti Co Bayden bildirib.

Beləliklə, Almaniya da daxil olmaqla NATO-ya üzv olan 30 ölkədən 23-ü artıq Finlandiya və İsveçi qəbul etməyə razılıq verib. Onların daxil olması ilə bağlı sənədlər alyansın bütün üzvləri tərəfindən ratifikasiya edilməlidir. Yalnız bundan sonra hər iki Skandinaviya ölkəsi NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipini təsvir edən 5-ci maddəsi ilə qorunacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.