“Sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar” –Prezidentin köməkçisi

“Qanunsuz erməni silahlı birləşmələri sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

“Dünən Şuşa şəhəri bombalanmışdır. Bilirsiniz ki, Şuşa xalqımız, Azərbaycan üçün nə qədər dəyərlidir”, – o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.