Sentyabrın 29-da Suqovuşandakı döyüşlərdə şəhid olan əsgər dəfn edilib –FOTO

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə  dəfn edilib.

Vətən müharibəsində şəhid olan Tərtər  rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb.

Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vaqif Mustafayevi mən işdən çıxarmışam” –

Sonrakı məqalə

Adamlar peyvəndə nə qədər inanırlar? –