Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub –3 mülki şəxs həlak olub, 5-İ yaralanıb (YENİLƏNİB)

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 5 nəfər isə yaralanıb: “Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə dəfn zamanı baş verib.

Erməni silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığını artilleriya atəşinə tutublar.

Həlak olanların və yaralananların kimliyi dəqiqləşdirilir.  

***

Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində ölən və yaralananların adları açıqlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Separatçı rejim ermənilərin ərazini tərk etməsini qadağan etdi –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 530 nəfər koronavirusa yoluxub –