Serbiya Baş Nazirinin müavini:"Əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik"

“Strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri var”.

Bunu Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç deyib.

O, Bakıya səfəri zamanı keçirəcəyi görüşlər vasitəsilə iki ölkə arasında daha yüksək səviyyədə əməkdaşlığa nail olacaqlarına inamını ifadə edib.

“Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı dərinləşdirməkdir. Bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik, həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər vacib istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik. Lakin eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq sahəsində müzakirələr apardıq. İnanırıq ki, bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də öz əksini tapa bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən də məmnunuq. Onlar çox çalışqandır və səmərəli fəaliyyət göstərir. Biz inanırıq ki, bu əməkdaşlıq daha da genişləndirilə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər və inanıram ki, bu əməkdaşlıq gələcəkdə iki ölkəni daha da yaxınlaşdıracaq”, – deyə N. Stefanoviç qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirilib –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir –