Serbiya Prezidenti Azərbaycana gəlib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqalə

Rusiya ordusu Xarkovda bir kəndi nəzarətə götürüb

Sonrakı məqalə

Lukaşenko Azərbaycana səfərə gəlib