“Ukraynada müharibə başlayandan Rusiya prezidenti Vladimir Putinlə danışmamışam”.
Azpost.info xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
“Mən onu görməyə gedən və ya onunla danışan bir çox Aİ liderlərini gördüm. Düşünürəm ki, danışmaq pis deyil. Amma mən bunu etmirəm, çünki hamı deyəcək ki, serblərə bax. Bizə qadağa qoyduqlarını özlərinə icazə verirlər”, – Vuçiç İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib.
Vuçiç sonuncu dəfə Putinlə 2021-ci ilin noyabr ayının sonunda Soçidə görüşüb. Danışıqlar zamanı əsas məsələ Rusiya qazının Serbiyaya tədarükü olub.
Azpost.info