Sergey Lavrov Ermənistanın XİN rəhbəri ilə Qarabağı müzakirə edib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi verib.

“Zöhrab Mnatsakanyan və Sergey Lavrov iyul döyüşlərindən sonra regional hadisələri və bu çərçivədə Dağlıq Qarabağ sülh prosesi ətrafında vəziyyəti müzakirə ediblər. Nazir Mnatsakanyan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş Ermənistan-Rusiya əməkdaşlığının vacibliyini vurğulayıb”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Regiona səfər etməyi planlaşdırırıq” –

Sonrakı məqalə

“Gündəmdə olan məsələlərə dair faydalı müzakirələr aparılacağını gözləyirəm” –