Sergey Şoyqu Minskdə səfərdədir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Minskdə səfərdədir.

Azpost.info xəbər verir ki, o, İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək.

Şoyqu iclasda həmkarlarına “Birlik dövlətinin təhlükəsizlik konsepsiyası haqqında” məruzə ilə çıxış edəcək.

“Bu, ümumi strateji məqsəd və vəzifələri müəyyən edən mühüm sənəddir. O, Qərbdən gələn əhəmiyyətli dərəcədə genişlənmiş təhdidlər kontekstində çətin beynəlxalq vəziyyətin diktə etdiyi tələblərə uyğun olaraq hazırlanıb”, – Rusiya Təhlükəsizlik Şurasından bildirililb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.