Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Serialda müəllimin nufuzunu artırmaq cəhdi uğursuz alınıb” –

User 15 Mart 2024 - 15:27 (Last updated: 21 May 2025 - 20:15)
serial

“Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu”.

Bunu sosial şəbəkə hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.

Bu gün sosial şəbəkələrdə yayılan və böyük müzakirələrə səbəb olan həmin video haqqında danışan Rəşad Məcid qeyd edib ki, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir:

“Bu sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi, durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir. Yayılmış videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafiəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır”.

Post navigation

Previous: “Qarabağ” klubu Almaniyadan qayıdıb
Next: Alma sirkəsindən gündəlik istifadə artıq çəkidən azad edir

Oxşar xəbərlər

Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25

xƏBƏR

Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Kirayə mənzildə yaşamaq bir çox ailə, tələbə və başqa şəhərdən Bakıya gələn insanlar üçün gündəlik həyatın bir...
Read more about Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.