“Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb”- Nazir

Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib.

“40-55 yaş arası olan müəllimlər bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar”, – deyə Emin Əmrullayev vurğulayıb.

Qeyd edək ki, 50 baldan yuxarı nəticə göstərənlərin əməkhaqqına 35, keçid balını toplayanlara isə 10 faiz əlavə olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.