Xəbər verdiyimiz kimi, ötən gün tanınmış istimai fəal, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalovun Saray qəsəbəsində “Jasmin Park”da yerləşən evinin Şərurlu İsfəndiyar tərəfindən borca görə əlindən alındığı ilə bağlı informasiya yayımlandı.
Sitat.info olaraq, məsələni dəqiqləşdirmək və təfərrüatlarını öyrənmək üçün iş adamı Şərurlu İsfəndiyarla əlaqə saxladıq. O, xəbər inkar etməsə də, Emil Maqalova evinin qaytarıldığını bildirdi:
“Bu gün səhər Emil Maqalov gəlmişdi, məsələni həll elədik. Bütün borcunu da bağışladım”.
Dəqiqləşdirmək üçün təkrar QHT sədri ilə əlaqə saxladıq. O da problemin həll olduğunu təsdiqlədi.