Səudiyyədə ABŞ və Ukrayna danışıqları başlanır –Zelenski təsdiqlədi

ABŞ və Ukrayna arasında sülh yolu ilə nizamlanma üzrə danışıqlar çərşənbə axşamı, martın 11-də Səudiyyə Ərəbistanında başlayacaq.

AzPost bildirir ki, bu barədə Fox News bildirir.

Brüsseldə keçirilən Aİ sammitində Vladimir Zelenski təsdiqləyib ki, gələn həftə Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar aparılacaq. Prezident deyib ki, burada sülhün bərqərar olması naminə iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq.

Zelenski vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşmək üçün bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edəcəyini, bundan sonra komandasının Amerika nümayəndə heyəti ilə görüşmək üçün Səudiyyə Ərəbistanında qalacağını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.