Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Ukrayna Futbol Assosiasiyasının (UFA) Konqresi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir çərçivəsində qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko təyin edilib.

Ukrayna futbol rəsmiləri UFA prezidenti postuna yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.

“Milan”ın və “Çelsi”nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.

Qeyd edək ki, təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.