Seyfəlmülkün “dastanı” –Qubada karantin günlərində iki oğru pul seyfini necə yarıb?

Qubada oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqla zərərçəkmişə küllü miqdarda maddi ziyan vuran iki şəxs saxlanılıb.

Araşdırmalarla onların həmin kənd sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki gənc törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, Ə.Əliyev və S.Eldarov hadisənin baş verdiyi evə gecə saatlarında qanunsuz daxil olaraq oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar. Daha sonra isə əldə etdikləri pulların bir qismi ilə özlərinə üç ədəd mobil telefon, aksesuarlar, elektron qəlyan və geyin əşyaları alan cinayətkarlar,  pulların bir qismini isə rayon ərazisində yerləşən otel və iaşə obyektlərində xərcləyiblər. Oğurlanan qızıl-zinət əşyaları və pulların çox hissəsi, eləcə də oğurluq zamanı istifadə edilmiş bir ədəd balta polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müxtəlif ölkələrdə karantin pozuntularına görə cəzalar –

Sonrakı məqalə

“Şəxsi avtomobillərə benzin satılmayacağı barədə məlumatlar yalandır”-