Ermənistanda 44 günlük müharibə ilə bağlı daha bir cinayət işi məhkəməyə göndərilib.
AzPost bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, N saylı hərbi hissənin komandiri polkovnik Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrinin icrasına vicdansız münasibət göstərib, onları düzgün yerinə yetirməyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.
Artur Ohanyan Lələtəpə istiqamətində əks-hücum zamanı səhlənkarlıqda, hərbi qanunların tələblərini pozmaqda təqsirli bilinir.
İstintaq Komitəsində aparılmış cinayət işləri çərçivəsində müəyyən edilib ki, N-ci hərbi hissənin komandiri polkovnik A.O. 2020-ci il oktyabrın 6-dan 7-dək olan müddətdə xidməti vəzifələrini lazımınca yerinə yetirməyib, bu ağır nəticələrə səbəb olub.
O cümlədən, 6 oktyabr 2020-ci il tarixdə Müdafiə Ordusu Komandanının Lələtəpə istiqamətində hücuma keçmək və qırılmış müdafiə xəttini bərpa etmək barədə əmri alan A.O. həmin gün hazırlıq işləri zamanı və 7 oktyabr 2020-ci il tarixdə əks-hücum zamanı hərbi xidmətin tənzimlənməsi üzrə qanuni tələblərə əməl etməyib.
Həmçinin müəyyən edilib ki, bölmənin qoşunlarının tərkibində 2020-ci il oktyabrın 7-də əks-hücum əməliyyatında iştirak etmiş həmin hərbi hissənin tabor komandiri, polkovnik-leytenant Q.A.-nın bölməsi ilə birlikdə digər istiqamətlərlə yanaşı, Lələtəpə istiqamətində hücuma keçməyə və döyüş əməliyyatlarında iştirakdan imtina edib.
Eyni hərbi hissənin başqa bir batalyon komandiri, polkovnik-leytenant G. M. da Artur Ohanyanla birlikdə ittiham olunur.
Onlar cinayət məcəlləsinin müxtəlif maddələr üzrə ittiham edilirlər.
Qeyd olunub ki, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın oğludur.