“Seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran, Astaranın payına düşür”- Qurban Yetirmişli

Azərbaycanda seysmoloji aktivliyin daha çox olduğu bölgələr açıqlanıb.

Bu barədə “Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti” mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən mart ayının 7-nə kimi hazırlanmış xəritədən görünür ki, seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran, Astara zonasının payına düşür.

Qurban Yetirmişli həmçinin qeyd edib ki, Mərkəzin beynəlxalq əlaqələri çox genişdir:

“30-dan çox ölkə ilə əlaqəmiz var. 2017-ci ildən ölkəmizdə Amerikanın seysmik stansiyaları quraşdırılıb. Eyni zamanda, Oksford Universiteti ilə keçən ildən seysmoloji tədqiqatlar aparırıq”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.