Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Allahşükür Paşazadə Qurbanqulu Berdiməhəmmədovla görüşüb

User 17 İyul 2025 - 08:15 (Last updated: 17 İyul 2025 - 12:26)
seyx qurban01
İyulun 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Şeyxülislam Allahşükür Paşazadə qonağın Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlər arasında əməkdaşlığa verdiyi xüsusi önəmi xatırladaraq, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Allahşükür Paşazadə Türkmənistanın müstəqillik əldə etdikdən sonra inkişaf yolunu seçdiyini, dövlətin uğurlarını məmnunluqla izlədiyini bildirərək, yaxın vaxtlarda Türkmənistana yenidən səfər etmək və Prezident Sərdar Berdiməhəmmədovla görüşmək arzusunda olduğunu deyib.
Dini sahədə əməkdaşlıq məsələlərinə toxunan Allahşükür Paşazadə Türkmənistanın müftisi ilə əvvəlki görüşünü xatırladıb. O, hər iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan–Türkmənistan münasibətlərinin, o cümlədən dini-mənəvi sahədə əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Prezident İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında mövcud dini və mənəvi bağlılığın xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb, bu görüşün əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə birgə təşəbbüslərin strateji əhəmiyyət daşıdığı vurğulanıb, dini-mənəvi əməkdaşlığın bu çərçivədə mühüm yer tutduğu və gələcəkdə bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Türkmənistan Xalq Məsləhətinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Türkmənistanda keçiriləcək məscid açılışı mərasiminə dəvət edib.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Görüşün sonunda qonağın şərəfinə ziyafət verilib.

AzPost.az

Post navigation

Previous: Kapital Bank istifadə etmədiyi karta görə müştəriyə borc yazıb?
Next: Trampdan Aİ-yə ticarət mesajı: “Razılaşma mənim üçün vacib deyil”

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.