Şeyxülislam Allahşükür Paşazadə şəhidlərin məzarlarını ziyarət edib –FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla bir qrup din xadimi qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün İkinci Fəxri xiyabanda olublar.

Bu barədə QMİ-nin mətbuat xidmətindən bildiriblər.

Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə Azərbaycanın Milli qəhrəmanları Mübariz İbrahimovun və Fərid Əhmədovun məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avqustun 5-dən yumşalmaya gedəcəyik”-

Sonrakı məqalə

ABŞ Ramzan Kadırovun adını “qara siyahı”ya salıb