“Avqustun 5-dən yumşalmaya gedəcəyik”-Azərbaycan Prezidentinin köməkçisi

“Avqustun 5-dən yumşalmaya gedəcəyik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bununla belə, insanlar sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenaya diqqət yetirməlidir: “Ancaq qaydalara əməl olunmasa, yoluxmanın səviyyəsi artsa, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qala bilərik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mədəniyyət nazirinin vəzifəsinin icrası Anar Kərimova həvalə olunub

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə şəhidlərin məzarlarını ziyarət edib –