Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam BMT Baş katibinin müavini ilə görüşüb

User 13 Mart 2025 - 22:50 (Last updated: 21 May 2025 - 20:15)
seyx vmt
 Martın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
 Şeyxülislam həzrətləri qonağı səmimi salamlayaraq cənab Moratinosla növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edib, QMİ-nin təşkil etdiyi müxtəlif sammit və forumlarda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi kimi fəal iştirakını müsbət qiymətləndirib, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davamlı olması üçün dualar etdiyini bildirib.
 BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos xoş qarşılanmaya görə təşəkkür edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə reallaşan görüşün yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb, ölkəmizin əldə etdiyi uğurları diqqətlə izlədiyini qeyd edib, əldə olunan inkişafı müsbət dəyərləndirib. Qonaq bildirib ki, Azərbaycana hər gəlişində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə görüşür, budəfəki səfərində də uzun illərdən bəri formalaşan ənənəni davam etdirməkdən məmnundur. Cənab Moratinos Şeyxülislam Allahşükür Paşazadənin dinlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələrə görə bir daha təşəkkürünü bildirib.
Görüş zamanı BMT-nin Sivilizasiyalar Alyansı ilə QMİ arasında faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Sərnişindaşımaları həyata keçirən şəxslərin NƏZƏRİNƏ
Next: TƏBİB-in əməkdaşı qəzada öldü

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.