Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Kazanda Patriarx Kiril ilə görüşüb

User 19 May 2023 - 18:54 (Last updated: 21 May 2025 - 20:15)
seyx kiril

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazan şəhərində keçirilən “Rusiya -İslam aləmi strateji baxış qrupu”nun növbəti illik görüşündə bir sıra ikitərəfli görüşlər keçirib.

QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, QMİ sədri RF Rusiya müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, şeyx Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyx Ravil Qaynutdin, Moskva şəhərinin müftisi Albir Krqanov, Fələstin dövlətinin Qazil-Qüzatı Məhəmməd Əl-Həbbaş, Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin sədri Abdulla Əl-Mətuq və bir sıra digər şəxsiyyətlərlə görüşərək ikitərəfli əlaqələrin inkişaf məsələlərini müzakirə edib.

Forum çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə ikitərəfli görüşü keçirilib.

Patriarx Kiril Şeyxülislam Allahşükür Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğuladı. Qeyd etdi ki, şeyx cənablarına xas olan müdriklik, cəsarət və məsələlərə çevik yanaşma qabiliyyəti onu digərlərindən fərqləndirən mühüm insani xüsusiyyətlərdəndir:

“Cənab şeyxin bu xüsusiyyətləri, eləcədə aramızdakı səmimi dostluq və əsl qardaşlıq münasibətləri, sözdə deyil, əməldə həmfikir olmağımızı mən çox yüksək qiymətləndirirəm. Ayrıca mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən hörmətli şeyx həzrətlərinə ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm.”

QMİ sədri öz növbəsində Patriarx Kirilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını çatdırmaqdan və Patriarx həzrətləri ilə yenidən görüşməkdən şərəf duyduğunu dilə gətirib.

QMİ sədri Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirdi və iki lider arasındakı səmimi dostluq və həmrəyliyi yüksək qiymətləndirdiyini ifadə etdi.

Patriarx Kiril bundan sonra da Azərbaycan və Erməni dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğuladı. “Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim cənab Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın.”

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə etdilər.

Görüşdə Rus Pravoslav kilsəsinin iyerarxları, Moskva Patriarxiyası xarici kilsələrarası əlaqələr şöbəsini sədri, mitropolit Antoniy, Moskva Patriarxiyası İşlər müdiri mitropolit Dionisiy və Kazan mitropoliti Kiril, QMİ tərəfindən sədrin Birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Post navigation

Previous: Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Next: Salyanda 29 ədəd partlamamış mərmi tapıldı –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.