Salyanda 29 ədəd partlamamış mərmi tapıldı –FOTO

Salyan rayonunun Dayıkənd kəndi ərazisində 29 ədəd partlamamış mərmi tapılıb.

Azpost.info bildirir ki, bu barədə rayonda yaşayan hüquq müdafiəsçisi Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, kollektor qazılarkən 29 ədəd partlamamış mərmi tapılıb. Mərmilərin dəmiri çürümüş vəziyyətdə olsa da içərisində barıt aşkar edilib.

Hadisə yerinə FHN əməkdaşları gəlib və yaxın saatlarda ANAMA əməkdaşlarının gələcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam Kazanda Patriarx Kiril ilə görüşüb

Sonrakı məqalə

Azərbaycanda istehsal olunan avtomobillərin satışı ƏDV-dən azad olunacaq