Şeyxülislam Qazaxıstan Senatının komitə sədrini qəbul edib –FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qazaxıstan Parlamenti Senatının elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusip cənablarını qəbul edib.
 Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası  Milli Məclisi tərəfindən keçirilən mərasimlərdə iştirak etmək üçün ölkəmizə təşrif gətirən c-b Nurtore Jusip Azərbaycana səfərindən məmnunluğunu bildirdi, Şeyxülislam həzrətlərinə Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevin məktubunu təqdim edib.  
Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edən komitə sədri, bu münasibətlər sistemində dini-mənəvi əlaqələrin xüsusi yer tutduğunu qeyd etdi. Xalqlarımız arasında tarixən formalaşmış din və dil birliyinin Türk Dövlətləri Təşkilatının dəstəyi, Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcəyinə, bu müstəvidə keçirilən tədbirlərin xüsusi əhəmiyyətinə ümidvar olduğunu vurğulayıb.  
Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində Qazaxıstan nümayəndə heyətinin  Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirdi. Şeyxülislam həzrətləri ölkələrimiz arasında milli-mədəni əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib.
Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cənab Nurtore Jusipə ziyarəti üçün təşəkkürünü bildirdi və Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı həzrətlərinə salam-dualarını çatdııb.
Əvvəlki məqalə

Sinan Oğan II tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb

Sonrakı məqalə

“Barselona” Messiyə müqavilə təklif edib