“Barselona” Messiyə müqavilə təklif edib

“Barselona” klubu PSJ-nin futbolçusu Lionel Messiyə bir illik müqavilə təklif edib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Argentinalı hücumçu müqaviləni qəbul edəcəyi halda, ilinə 25 milyon avro qazanacaq. Kataloniya təmsilçisi 35 yaşlı oyunçunun təklifə müsbət cavab verəcəyinə inanır.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatır. O, 2004-2021-ci illərdə “Barselona”nın əsas komandasında oynayıb.

Əvvəlki məqalə

Şeyxülislam Qazaxıstan Senatının komitə sədrini qəbul edib –

Sonrakı məqalə

Ölüm hökmünün icrasına görə “lider” ölkələr