Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Qurban bayramı münasibəti ilə xalqı təbrik edib

User 25 İyun 2023 - 12:38 (Last updated: 21 May 2025 - 20:15)
seyx qurban
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə xalqı təbrik edib. 
Təbrikdə deyilir:
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərim!
İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.
Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramı xalqımızın ən möhtəşəm bayram sevinci – Vətən müharibəsindəki Qələbənin qüruru ilə davam edir. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik!
Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin müdavimi olan Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah.
Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 28 iyun tarixinə təsadüf edir. Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 28-29 iyun tarixlərini qeyri-iş günü elan etmişdir və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq.
Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun!
Qurban bayramımız mübarək olsun!

Post navigation

Previous: “Tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik” –
Next: “Priqojinə dedim ki, öz biznesinlə dövlət məsələsini qarışdırma” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Oktyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...
Read more about Bu günə olan valyuta məzənnələri
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.