Şeyxülislam Rusiyaya səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-u Rusiyaya səfərə yola düşür.

QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd RF Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-i Moskvada keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.

Budəfəki Forum RF Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur. A. Paşazadə Forumda məruzə ilə çıxış edəcək.

Moskvaya səfər çərçivəsində Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.