Şeyxülislamın rəhbərliyi ilə nümayəndə heyəti Belçikaya gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti  martın 5-də Belçika Krallığına səfərə yola düşüb.
AzPost-un məlumatına görə bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.
Səfərdən məqsəd Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirak etməkdir.
Avropa və İslam dünyası arasında dinlər və sivilizasiyalar arası əlaqələrin dərinləşməsinə xidmət edən bu təşəbbüs çərçivəsində 6 mart tarixində Avropa Parlamentində Yüksək Səviyyəli Dəyirmi Masa və 7 mart tarixində “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransı  və BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşlər keçiriləcəkdir.
Belçika Kralı adından Ramazan ayına təsadüf edən Brüssel tədbirləri qonaqlarının şərəfinə Böyük İftar Yeməyi təşkil olunacaqdır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.