Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislamın tolerantlıq mesajı

User 23 İyun 2025 - 23:30 (Last updated: 23 İyun 2025 - 23:22)
seyx ebu dabi

Dünyada dini şüarlarla pərdələnmiş maraq dairələrinin bundan siyasi güc kimi çıxış etməsi artıq bəlli faktlardır. Cəmiyyətin inanclı kəsiminə fokuslanan söykənən bu metod “yumşaq güc” kimi qeyd olunur.

Təhlükəsizlik məsələsinin vacibliyini önə çıxaran bu amil hakimiyyətlər üçün milli və dini həmrəyliyi zərurətə çevirir.

Qanlı savaşlarla yeni dünya düzəninin qurulmasına verilən start Qafqaz regionundakı dövlətlərdən həssas yanaşmanı tələb edir.

Azərbaycan bu risklərin qarşısına dinlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı bir zirehdir. Həssas geopolitik regionda yerləşən Azərbaycanın belə beynəlxalq təhdidlərə qarşı multkulturalizm və tolerantlıq siyasəti  inteqrasiya üçün vacib çağırışlarıdır. Tolerantlıq ideyasının məğzində ölkənin milli təhlükəsizliyinə olan təhdidlərin neytrallaşdırılması durur.

Əsas hədəf kimi müxtəlif dini konfessiyaların əməkdaşlığına söykənən bu siyasətlə dövlət onları  əsas tərəfdaşına çevirib.

Bu, çox  mühüm detaldır.

İnsan davranışının formalaşmasında mühüm rolu olan dini baxşılar və inancla işləmək zərgər dəqiqliyini tələb edir.

Tolerantlıq prinsiplərinin fundamental əsaslarını qurmaq və qarşılıqlı dialoqun rahat platformasını yaratmaq Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin üzərinə də böyük məsuliyyət qoyur.

Mənəvi qaydaların təbliği üçün dini liderlərin nufuzundan həmişə istifadə edilib.

Dini ayrı-seçkiliyə qarşı etibarlı platforma olan QMİ bu gün ölkədə inanc həmrəyliyinin mühüm amili kimi dövlətin prioritetlərində yerini alıb.

Dini etiqadı siyasi avanturaya çevirməyə cəhd edənlərin ilk hədəfi çoxkonfessiyalı cəmiyyətlər olur. Bu qüvvələr bunun üçün hər xırda fürsətdən yararlanmağa can atırlar.

Təsadüfi deyil ki, multkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda belə məkrli siyasətə qarşı aparılan prosesin vacib detalı kimi çıxış edir.

Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu modelin uğuru artıq dünya tərəfindən etiraf olunur və vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi kimi çıxış edir.

Önəm verilmiş siyasi prioritetdə Qafqaz Müsəlmanları İdarəsi mühüm təşkilatdır. Bu baxımdan dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində QMİ-nin fəaliyyəti geniş və çoxcəhətlidir. Dövlətimizin dini tolerantlıq mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rol oynayıb və dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində fəaliyyət göstərib.

Nufuzlu beynəlxalq qurumların rəhbərliyində, idarə Heyətlərində yer alan A.Paşazadə bu postları Azərbaycanın multkultural siyasətinin əsas hədəflərinin təbliği üçün tribunaya çevirə bilib.

Bütün bunlar isə din, hakimiyyət və cəmiyyət arasında vəhdət yaradır,  mədəniyyətlər arasında qarşılıqlı dialoqu təşviq edən platformanı müəyyən edir. Bu da öz növbəsində prezident İlham Əliyevin siyasi iradəsi ilə yürüdülən multkultural siyasi kursun uğurla həyata keçməsinə öz töhfələrini verir.

Azərbaycan xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

Müstəqillik illərindən bu yana Azərbaycanın xarici vektorlarında həmişə dini dözümlülük və multkultural dəyərləri problemlərin həlli üçün açar sayıb.

Bu baxımdan QMİ sədri Allahşükür Paşazadə dini rəhbər kimi fəaliyyəti dövründə dünya işlərindən təcrid edilmiş dini rəhbər kimi deyil, ictimai xadim olaraq bəşəri dəyərlərin və humanizm prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edib. QMİ sədrinin Azərbaycanın daxilində dini harmoniyanın yaradılmasında, Avropanın xristian, Asiya və Yaxın Şərqin müsəlman dövlətləri arasında əməkdaşlıq körpüsünün qurulmasında xidmətləri danılmazdır.

Şeyxülislam bütün bu illərdə Azərbaycanın dünya çapında tanınmasında, ülvi ideyaları tərənnüm edən, dini həmrəyliyi dəstəkləyən və tolerantlıq prinsiplərini  özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib.

Dünyada dini rəhbərlərin arasında sayılıb-seçilən olmaq və etimad qazanmaq o qədər də asan məsələ deyil. Dini zəmində nifrət çağırışlarına qərq olan, rənginə, etiqadına və etnik kökünə görə ayrı-seçkilik, zorakılıq, qanlı qarşıdurmaların acı meydanına çevrilən dünyanın halı acı gerçəkilyə çevrilib. Elə məqamlar olur ki, orada siyasi çağırışlar, siyasətçi etimadı yetərli olmur. Dini dözümlülük, xalqları sülhə çağırmaq bəzən din xadiminin bir çağırışına möhtac qalır.

Bu baxımdan A.Paşazadə dünyanın dini rəhbərləri arasında səsi eşidilən bir rəhbərdir. Çıxış etdiyi bütün tribunalarda bəşər əhlini qardaşlığa, Allahın buyurduğu mərhəmətə, iblisin fitnəsinə qarşı olmağa çağıran Şeyxülislam üçün bunlar sadəcə diplomatik xitab deyil, həyat tərzidir.

Şeyx dəfələrlə əməldə bunu göstərə bilib.

Şeyxülislam ilk gündən başqa ölkələrdə olduğu kimi digər dini icmaları küncə sıxışdırmaq xətti tutmadı. Bütün məclislərdə dini konfessiya rəhbərləri ilə birgə oturan, beynəlxalq tədbirlərdə birgə gedən Şeyxülislam bu əməkdaşlıq platforması ilə dünyanı təəccübləndirə bildi.

Bütün fəaliyyəti ilə Azərbaycanın dünyada imicinin möhkəmlənməsi üçün çalışan QMİ sədri dövlətimizin siyasi gündəmində öz yeri olan ictimai xadim kimi yer ala bilib. Şeyxülislam birbaşa dövlətin siyasi idarəçiliyində iştirak etməsə də dini rəhbər olaraq fərqli müstəvilərdə ardıcıl iş aparır.

A.Paşazadənin mötəbər tribunalardan Azərbaycanın bütün dini konfessiyalarının vahid fikrini ifadə etməsi, ona olan etimad Azərbaycanın mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq platformasının möhkəm bazasının qurulmasında mühüm rol oynayır.

Aydın ABBASOV

AzPost.az

Post navigation

Previous: “İsrail Tehrana ən böyük hücum dalğasını başa vurub”
Next: Qətərə raket zərbələrinə görə AZAL-ın təyyarəsi geri qayıdıb

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.