“Sıfır səviyyəsinə düşmüşük, suverenlik itir” –

Ermənistanın müdafiə nazirinin sabiq müavini
16 İyul 2021 - 19:55

“Ermənistan artıq regionda təhlükəsizliyi təmin edən ölkə deyil”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib: “Əgər əvvəl biz KTMT çərçivəsində, NATO proqramlarında etibarlı tərəfdaş idiksə indi bu sıfır səviyyəsinə düşüb. Ermənistan digər dövlətlərin yaratdığı təhlükəsizlik sistemindən asılı hala düşüb. Bu suverenliyn itirilməsidir”.

Onun sözlərinə görə, ölkə xarici siyasətdə ciddi çətinliklərlə üz-üzə qalacaq. “Strategiyanı dəyişmək lazımdır. Ölkənin nəqliyyat və enerji layihələrində minimal rolunu təmin etmək lazımdır”.