Rusiyalı gənc model islam dinini qəbul edib –FOTO

Rusiyanın tanınmış reperi Timatinin sabiq həyat yoldaşı, model Anastasiya Reşetova islam dinini qəbul edib.

Azpost.info bildirir ki, A.Reşetova bir neçə ay əvvəl islam dinini öyrənməyə başlayıb. O, tədbirlərdə qapalı geyimdə görünməyə başlayıb. Lakin son qərarı qəbul etməkdə çətinlik çəkirdi. Yalnız bu yaxınlarda Nastya bəyan edib ki, artıq islam dininə etiqad edir. Reşetova spirtli içkilərdən tam olaraq imtina edib. Hazırda “Quran”ı oxumaqla məşğuldur.

Mən hər hansı kişiyə görə, müsəlman olmamışam. İnsan kənardan deyil gərək bu qərarı özü qəbul etsin. Təsir nəticəsində bu qərarı verənlər məncə o qədər də səmimi ola bilməzlər”-deyə Reşetova İnstagarmda canlı yayımda bildirib.

Bundan əvvəl gəzən şaiyələrə görə, Anastasiyanın varlı şərqli kişi əlaqələri yaranıb və guya buna görə o dinini dəyişib. Ancaq Reşetova bunu qəti şəkildə təkzib edib.

Timati ilə ayrıldıqdan sonra model şəxsi həyatı barədə danışmağı xoşlamır. O keçmiş əri ilə yaxşı müansibətlər saxlayır və övladları ilə bağlı məsələləri həll üçün vaxtaşırı görüşürlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəməyə əsassız vəsatət verən vəkillər 500 manat cərimələnəcək –

Sonrakı məqalə

“Sıfır səviyyəsinə düşmüşük, suverenlik itir” –