Böyük Britaniya məhkəməsi cərrah Nil Hopperi öz ayaqlarını kəsdiyi və sonra 466 min funt-sterlinq sığorta ödənişi aldığı üçün 32 ay həbs cəzasına məhkum edib.
Qaynarinfo bu barədə “The Guardian”a istinadən xəbər verir.
Nəşrdə qeyd olunur ki, Hopper yalan məlumat təqdim etmək, fırıldaqçılıq ittihamı üzrə öz günahını etiraf edib. Bu, ayaqlarının özü tərəfindən vurulan zədə üzündən deyil, sepsis üzündən kəsildiyi barədə sığorta şirkətlərinə verdiyi yalan müraciətlərlə bağlıdır.
O, həmçinin, ətraf əzaları və cinsiyyət orqanlarının qeyri-qanuni amputasiya əməliyyatları ilə bağlı yazıların yerləşdirildiyi “EunuchMaker” saytına aid ekstremal şəkillər saxladığına görə üç bənddə ittiham olunub, Hopper bu günahını da etiraf edib.
“2019-cu ilin aprel ayında o, ayaqlarını quru buzla elə dondurub, ayaqlar iş qabiliyyətini itirib və amputasiya tələb edib. Bu onun uzunmüddətli arzusu idi. Məhkəməyə bildirdyinə görə, buna qarşı cinsi həvəs hiss edirdi”, -deyə nəşr yazıb.
Nəşr qeyd edir ki, cərrah sığortadan alınan pulu cakuzi, odun sobası və tikinti işlərinə xərcləyib.
2024-cü ilin may ayında Böyük Britaniyada ətraf əzaların amputasiyası üzrə qeyri-qanuni əməliyyatlar həyata keçirən və bunun video yazılarını “Eunuchmaker” saytında yerləşdirən norveçli Marius Qustavson barədə hökm çıxarılıb.