“Şimal axını”nı kimin partlatdığını heç bir kəşfiyyat orqanı bilmir –Almaniya kəşfiyyatı

Hazırda heç bir xüsusi xidmət “Şimal axını”nın pozulmasına görə məsuliyyət daşıyanların adını birmənalı şəkildə çəkə bilməz.

APA-nın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal mayın 22-də Federal Təhlükəsizlik Siyasəti Akademiyasında deyib.

“Dünyada heç bir ölkə, heç bir xüsusi xidmət indi bunu konkret olaraq kiməsə aid edə bilməz. Bəlkə də bu dəyişəcək, araşdırmada nəzərəçarpacaq uğurlar var”, – Kahl bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.