Şimal bölgəsində 17 dərəcə şaxta olub –hava şəraiti kəskin dəyişib

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır. Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb.

Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatıb. Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir