Şimal bölgəsində qarın hündürlüyü 22 sm-ə çatıb

Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.

Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıya Avropadan 100 min, MDB-dən 1 milyon turist gəlib –

Sonrakı məqalə

Rusiyanın məşhur TV proqramı Şeyxulislam Allahşükür Paşazadə ilə bağlı veriliş hazırlayıb