Rusiyanın məşhur TV proqramı Şeyxulislam Allahşükür Paşazadə ilə bağlı veriliş hazırlayıb

Rusiya televiziyasının “uzunömürlü” “Hakimiyyətin formulu” verilişinin uzun illərdir tamaşaçılar arasında çox populyar olması heç kimə sirr deyil. Onun əvəzsiz müəllifi və aparıcısı həmvətənimiz, TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmandır.

TASS agentliyindən AZƏRTAC-a bildiriblər ki, qarşıdan gələn istirahət günləri tamaşaçıları sevimli veriliş ilə yeni görüş gözləyir. Onun qəhrəmanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. “Hakimiyyətin formulu” silsiləsindən növbəti film şənbə günü, noyabrın 23-də saat 00.30-da və bazar günü, noyabrın 24-də səhər saat 08.10-da “Rossiya-24” telekanalının efirində nümayiş etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimal bölgəsində qarın hündürlüyü 22 sm-ə çatıb

Sonrakı məqalə

Zəhərlənən tələbələrin vəziyyəti necədir? –