Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Şimal Buzlu Okeanı “buzsuz” qalacaq

Orkhan Ali 06 Mart 2024 - 14:39 (Last updated: 21 May 2025 - 20:15)
1597136983-6087

Şimal Buzlu Okeanı yaxın illərdə dəniz buzundan məhrum ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə “News Week” jurnalı yazıb.

Kolorado Boulder Universitetinin tədqiqatçıları bu prosesin proqnozlaşdırılandan 10 il əvvəl baş verəcəyi barədə xəbərdarlıq ediblər. Səbəb kimi də iqlim dəyişikliyi göstərilib.

Alimlərə görə, dəniz buzlarının itirilməsinin əsas səbəbinin istixana qazı emissiyalarıdır. Buz örtüyünün itirilməsi okeanın günəş işığından daha çox istiliyi udmasına imkan verir, bu da Arktikada buzların daha da əriməsinə gətirib çıxarır.

Təbii ki, bu, Arktikada buzun ümumiyyətlə, olmayacağı anlamına gəlmir. Bu, okeanın buz örtüyünün sahəsinin 386.000 kvadrat mildən (621 min kv.km) az olduğu hallara aiddir. Məsələn, son illərdə Şimal Buzlu Okeanın sentyabr ayında minimum dəniz buzunun həcmi 1.274.000 kvadrat mil olub.

Gündəlik dəniz buz örtüyünün gələcəkdə necə dəyişəcəyini öyrənmək üçün alimlər həm keçmiş tədqiqatlara, həm də kompüter iqlim modellərini nəzərdən keçiriblər. Buz örtüyünü əvvəklilərdən fərqli olaraq aylıq yox, gündəlik hesablayıblar. Nəticədə, buz örtüyü itkisinin düşünüldüyündən təxminən 4 il əvvəl baş verəcəyi proqnozlaşdırıblar.

Bütün ssenarilərə əsasən, Şimal Buzlu Okeanının ya bu, ya növbəti onillikdə avqustun sonu və ya sentyabrın əvvəlində ilk dəfə buzdan təmizlənəcəyini proqnozlaşdırıblar.

O da məlum olub ki, buzsuzluq yalnız avqust və oktyabr ayları arasında baş verəcək. Lakin emissiyalar artarsa, əsrin sonuna qədər Arktika ildə doqquz aya qədər buzsuz qala bilər.

Tədqiqatçılara görə, bu, Arktikada tamamilə fərqli mühitə yaradacaq: bəyaz Arktika mavi Arktikaya çevriləcək.
Bu yaxınlarda aparılan bir araşdırmaya görə, Şimal Buzlu Okeanında istiləşmə gözləniləndən onilliklər tez başlayıb.

İqlim dəyişikliyinə görə yaranan istiləşmə vəziyyəti daha da pisləşdirə bilər. Alimlərə görə, Arktika planetin qalan hissəsindən üç dəfə daha sürətlə istiləşir. Bu, qütb bölgəsində buzların əriməsinə, bu da öz növbəsində qlobal dəniz səviyyəsinin artmasına səbəb olur.

Azpost.info

 

Post navigation

Previous: Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb
Next: Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində tikiləcək evlərin sayı açıqlanıb

Oxşar xəbərlər

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.