Şimali Koreya hərbi birləşmələri artıq Kursk bölgəsində yerləşdirilib.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte bildirib.
“Mən təsdiq edə bilərəm ki, Şimali Koreya qoşunları Rusiyaya göndərilib və Şimali Koreya hərbi birləşmələri Kursk bölgəsində yerləşdirilib”, – Baş katib deyib.
Onun sözlərinə görə, Alyans üzvləri cavab tədbirləri ilə bağlı Ukrayna və Cənubi Koreya tərəfdaşları ilə aktiv məsləhətləşmələr aparır.
Azpost.info